“Mançester Siti” 55 milyon avroluq transferə hazırlaşır

İngiltərənin “Mançester Siti” klubu heyətini “Leyptsiq”in futbolçusu ilə gücləndirməyə yaxındır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” “Leyptsiq”dən Dayot Upamekanonu transfer etmək niyyətindədir. Qış fasiləsində də müdafiəçi axtarışında olan “Mançester Siti”nin 21 yaşlı futbolçu üçün Almaniya klubu ilə danışıqlara başladığı bildirilir. Tərəflər arasında danışıqlar müsbət yekunlaşarsa, futbolçu yay transfer dövründə “Mançester Siti”yə qoşulacaq. Upamekanonun son İngiltərə çempionuna 55 milyon avro qarşılığında transfer olunacağı gözlənilir.

“Leyptsiq”lə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulan fransalı futbolçu cari mövsümdə 24 oyunda iştirak edib.