“Mançester Siti”nin azarkeşi “Liverpul”un avtobusunun qarşısını kəsdi FOTO

İngiltərə Premyer Liqasının 32-ci turunda “Mançester Siti” öz meydanında “Liverpul”a 4:0 hesabı ilə qalib gəlib.

Komanda.az “Mirror”a istinadən xəbər verir ki, oyundan əvvəl maraqlı hadisə yaşanıb. “Mançester Siti”nin bir azarkeşi qarşılaşmadan əvvəl stadiona gələn “Liverpul”un avtobusunun qarşısını kəsib. O, küçənin ortasında dayanaraq, avtobusun irəliləməsinə imkan verməyib. Lakin ətrafdakı insanların müdaxiləsi ilə məsələ tezliklə həll edilib.

“Liverpul” keçən tur çempionluğunu rəsmiləşdirib.