Alaba “Real”la razılaşmadı – PSJ ilə danışıqlara başladı

Mövsümün sonunda “Bavariya”dan ayrılacağını açıqlayan David Alabanın yeni klubu hələ müəyyənləşməyib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın “Real” klubu avstriyalı futbolçunu heyətinə qatmağa çalışsa da, onunla maliyyə məsələlərində razılığa gələ bilməyib.

Alaba Madrid klubundan illik 20 milyon avroya yaxın pul istəyib. “Real” isə koronavirusa görə yaranmış maliyyə problemlərinə görə bu şərtləri qəbul etmir. 28 yaşlı müdafiəçinin İngiltərə klubları və Fransa PSJ-si ilə danışıqlar apardığı bildirilir.

Alaba 2010-cu ildən “Bavariya”nın şərəfini qoruyur.