“Qəbələ” son sınağından heç-heçə ilə ayrıldı

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Antalya toplanışında sonuncu yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gəlib. Görüş “Arkadia” meydançalarında keçirilib. Elmar Baxşıyevin yetirmələrinin qonşu ölkədəki 4-cü matçı heç-heçə başa çatıb.

Bunadək üç yoxlama oyunu keçirən “Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın “Çayka” (3:0) və Bolqarıstanın “Etar” (0:0) klubları ilə üz-üzə gəlib.

Yoxlama oyunu

25 yanvar

Qəbələ – Konkordiya (Rumıniya) 2:2
Qol
: Asif Məmmədov, 21. Amin Seydiyev, 52.
“Arkadia” meydançaları.

Qəbələ: Tərlan Əhmədli, Asif Məmmədov, Sadiq Quliyev, Amin Seydiyev, Ehtiram Şahverdiyev, Klesio Bauk, Fernan Lopes, Murad Musayev, Rövlan Muradov, Ülvi İsgəndərov, Yusif Nəbiyev.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button