“Qəbələ” ilk sınağından məğlub ayrıldı

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Antalya toplanışındakı ilk sınaqda “qırmızı-qaralar” Polşa təmsilçisi “Zaqlembe” ilə görüşüb. Üç qolun qeydə alındığı oyun “Qəbələ”nin məğlubiyyəti ilə bitib.

“Qəbələ” yanvarın 21-də Şimali Makedoniya təmsilçisi “Boreç”lə qarşılaşacaq. Antalya toplanışında son yoxlama görüşü ayın 24-də olacaq. Həmin gün komanda Çexiya “Bohemians”ı ilə üz-üzə gələcək.

Yoxlama oyunu

18 yanvar

Qəbələ – Zaqlembe (Polşa) 1:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button