A Seriyası ilə bağlı açıqlama: “Mövsümü ləğv etməyin çətin olacağını düşünürəm”

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina koronavirus pandemiyası səbəbiylə dayandırılan A Seriyası ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, federasiya rəhbəri, çempionatın bərpa vaxtı ilə bağlı bunları deyib:

“Əsas əhəmiyyətli olan məsələ mövsümü bitirməkdir. May ayının sonu və ya iyun ayının əvvəlində oyunları bərpa edib, iyulun sonuna qədər bitirməyi düşünürük. Bu mövsümü tamamlamaq üçün növbəti mövsümü riskə atmaq istəmirəm. Oyunları neytral meydanda keçirmək də daxil olmaqla, 4-5 seçim hazırlamağa çalışırıq. Mövsümü ləğv etməyin çətin olacağını düşünürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button