Mövsümdə ilk, Premyer Liqada 6-cı

“Zirə” futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünü böyükhesablı qələbə ilə başa vurub.

Komanda.az xəbər verir ki, 28-ci turun “Sabah”la səfər oyununda əldə olunan 3:0 hesablı qələbə mövsümdə ilk belə nəticə olub.

Ümumilikdə isə “Zirə” Premyer Liqada 6-cı böyükhesablı qələbəsini qazanıb. Debüt mövsümü olan 2015/16 mövsümündə iki dəfə belə nəticə ilə qalib gələn komanda ilk uğuruna 2016-cl il fevralın 27-də “Neftçi” ilə ev oyununda imza atıb – 3:0.

Ümumiyyətlə 2015/16 və 2017/18 mövsümlərinin hərəsində iki belə qələbəsi olan qəsəbə təmsilçisi 2016/17 və 2018/19 mövsümlərində bir dəfə fərqli hesabla qalib gəlib. “Zirə”nin altı böyükhesablı qələbəsindən dördü səfərdə, ikisi evdə qeydə alınıb. Komanda beş dəfə üç, bir dəfə dörd top fərqi ilə qalib gəlib.

Qeyd edək ki, “Sabah”la matçdakı qalibiyyət “Zirə”nin bütün turnirlərdə ümumilikdə 13-cü böyükhesablı qələbəsi olub.

“Zirə”nin Premyer Liqadakı böyükhesablı qələbələri

2015/16 mövsümü
27.02.2016. “Zirə” – “Neftçi” – 3:0
10.04.2016. “Rəvan” – “Zirə” – 0:4

2016/17 mövsümü
29.04.2017. AZAL – “Zirə” – 0:3

2017/18 mövsümü
20.08.2017. “Kəpəz” – “Zirə” 0:3
14.10.2017. “Zirə” – “Kəpəz” – 3:0

2018/19 mövsümü
11.05.2019. “Sabah” – “Zirə” – 0:3