“Hesab 3:3 olsaydı da, məyus olacaqdım” – Ançelotti

İtaliya A Seriyasının 2-ci turu çərçivəsində “Yuventus”a 3:4 hesabı ilə məğlub olan “Napoli”nin baş məşqçisi Karlo Ançelotti oyundan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis, nəticəyə görə məyus olduğunu bildirib:

“Bu sınaqdan keçə bilmədik, çünki bir saat boyunca çox pis oynadıq. Hesab 0:3 olarkən, “Yuventus” əks-hücumlara yönəldi, biz də oyuna daha çox nəzarət etməyə başladıq. “Yuventus”un hücumları zamanı boşluqlar yaranırdı, amma bunlardan istifadə edə bilmədik. Əksinə, rəqibin bizi cəzalandırmasına icazə verdik.

“Yuventus” güclü komandadır. Onlar hər zaman mövsümün vacib hissəsində daha yaxşı çıxış etməyə başlayırlar. Mövsümboyu onlarla rəqabət edə bilərik, amma bu gün bir saat ərzində fürsəti əldən verdik. Nəticəyə görə məyusam. Hətta hesab 3:3 olsaydı da, məyus olacaqdım.

Xalidu Kulibali milli komandanın düşərgəsinə getməyəcək. Buna görə də, bir neçə həftə ərzində məşq etmək və formasını bərpa etmək üçün imkanı olacaq”.

Kulibali hesab 3:3 olarkən, avtoqolla “Yuventus”u hesabda irəli çıxarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button