“Barselona” mövsümə kubokla başladı

Mövsümə hazırlıqlarını davam etdirən İspaniyanın “Barselona” klubu Joan Qamper kuboku çərçivəsində “Elçe” ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, görüş Kataloniya təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0. Matçdakı yeganə qolu 2-ci dəqiqədə Antuan Qrizmann vurub.

Joan Qamper kuboku 1997-ci ildən bu yana “Barselona”nın təşkilatçılığı ilə keçirilir. Ötən il təşkil olunan Joan Qamper kubokunda “Barselona” İngiltərə “Arsenal”ı ilə qarşılaşmış və 2:1 hesablı qələbə qazanmışdı.