Mourinyonun yeni iş yeri bilindi

Son olaraq “Mançester Yunayted”in baş məşqçisi kimi çalışan Joze Mourinyonun yeni iş yeri müəyyənləşib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis, “SKY Sports”da Premyer Liqa matçlarını şərh edəcək. Portuqaliyalı mütəxəssisin ilk şərh edəcəyi matç isə Premyer Liqasının ilk turunda sabiq komandaları “Çelsi” və “Mançester Yunayted” arasında keçiriləcək oyun olacaq.

Mourinyo keçən ilin dekabrında “Mançester Yunayted”dəki vəzifəsindən istefaya göndərilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button