Mourinyo “Atletiko”nun hücumçusuna göz dikib

“Atletiko”nun futbolçusu Dieqo Koşta karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Tottenhem” 31 yaşlı futbolçunun transferində maraqlıdır. Komandanın baş məşqçisi Joze Mourinyo hücumçunun transferi ilə şəxsən maraqlanır. Koştanın London klubunun əsas hədəfi olduğu bildirilir.

Məlumata görə, futbolçu özü də “Tottenhem”ə keçməyə, Mourinyo ilə yenidən çalışmağa müsbət yanaşır.

2018-ci ildən “Atletiko”nun şərəfini qoruyan ispaniyalı futbolçu, 2014-2015-ci illərdə “Çelsi”də Mourinyonun rəhbərliyi altında çıxış edib. Onun Madrid klubu ilə müqaviləsi növbəti mövsümün yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button