Mourinyo keçmiş futbolçusundan imtina etdi

“Tottenhem” keçmiş futbolçusu, hazırda “İnter”in şərəfini qoruyan Kristian Erikseni heyətinə qatmayacaq.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “İnter”dən ayrılacağı deyilən 28 yaşlı futbolçu London klubuna təklif edilib. Lakin komandanın baş məşqçisi Joze Mourinyo Eriksenin xidmətində maraqlı olmadığını bildirib. Bununla da, “Tottenhem” futbolçunun transferindən imtina edib.

Eriksen “İnter”də kifayət qədər şans qazanmadığı üçün “neradzurra”dan ayrılmağı planlaşdırır. Klub onun transferindən azı 30 milyon avro qazanmaq istəyir.

Eriksen bu ilin yanvar ayından “İnter”in şərəfini qoruyur.