Mourinyonun karyerasında ən pis göstərici

“Tottenhem” İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Mançester Siti”yə 0:3 hesabı ilə məğlub olub.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu keçirdiyi son iki oyunda ümumilikdə 8 qol buraxıb. Bu, “Tottenhem”in baş məşqçisi Joze Mourinyonun karyerasında ən pis göstəricidir. Portuqaliyalı mütəxəssisin komandaları indiyədək bütün turnirlər nəzərə alınmaqla iki oyunda 8 qol buraxmamışdı.

Bundan əvvəlki oyunda “Tottenhem” “Everton”a 4:5 hesabı ilə məğlub olub.