Moura – 4-cü braziliyalı

“Tottenhem” İngiltərə Premyer Liqasının 34-cü turunda “Haddersfild”i məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 4:0 hesabıyla bitən görüşdə Lukas Moura Premyer Liqanın tarixinə düşüb. Belə ki, “Haddersfild”in qapısına 3 qol vuran Moura, İngiltərə Premyer Liqasında het-trik etməyi bacaran 4-cü braziliyalı futbolçu olub.

Bundan əvvəl Premyer Liqada het-trik edən braziliyalılar Robinyo, Afonso Alves və Roberto Firmino idi.