Moura Çempionlar Liqası tarixinə düşdü

“Tottenhem” Çempionlar Liqasının yarımfinalının cavab oyununda “Ayaks”ı məğlub edərək, finala vəsiqə qazanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşmada londonluların hər 3 qolunu vuran Lukas Moura, Çempionlar Liqası tarixinə düşüb.

Belə ki, Moura Çempionlar Liqası tarixində yarımfinal mərhələsində het-trik edən 5-ci futbolçu olub. Mouradan əvvəl Alessandro Del Pyero, İşiva Oliç, Robert Levandovski və Kriştiano Ronaldo ÇL-in yarımfinalında 3 qol vurmağı bacarıb.

“Tottenhem” ilk oyunda “Ayaks”a 0:1 hesabıyla məğlub olsa da, cavab qarşılaşmasında 3:2 hesablı qələbə qazanaraq, finala vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button