Moskva “Lokomotiv”ində alman baş məşqçi

Rusiyanın “Lokomotiv” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Moskva təmsilçisini bundan sonra Yozef Tsinnbauer çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, bu təyinat formal xarakter daşıyır. Belə ki, baş məşqçi funksiyasını faktiki olaraq, Marvin Kompper yerinə yetirəcək. Lakin Kompperin bu vəzifədə rəsmən çalışmaq üçün lazımi lisenziyası yoxdur.

Yozef Tsinnbauer bu təyinatadək Almaniyanın “Hamburq”, İsveçrənin “Sankt Qallen” və CAR-ın “Orlando Payrets” komandalarının sükanı arxasında olub. 42 yaşlı almaniyalı mütəxəssis “Orlando Payrets”lə iki dəfə ölkə çempionatının bürünc medalını qazanıb.