Morata “Yuventus”da nömrə seçimini etdi

“Yuventus”un yeni transferi Alvaro Morata Turin təmsilçisində forma nömrəsini seçib.

Komanda.az xəbər verir ki, ispan hücumçu köhnə-yeni komandasında “9” nömrəli forma ilə çıxış edəcək.

Ötən mövsüm bu nömrəli forma Turin təmsilçisi ilə müqaviləsini ləğv edən Qonzalo İquayna məxsus idi.

Qeyd edək ki, “Yuventus” Moratanı bu mövsümün sonuna kimi Madrid “Atletiko”sundan icarəyə götürüb. 27 yaşlı forvard 2014-2016-cı illər aralığında da Turin klubunun uğurları üçün çalışıb. İspaniya yığmasının üzvü həmin dövrdə də bu komandada “9” nömrəli formanı geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button