“Qələbə dalınca qaçmağa ehtiyac yox idi” – Monteneqro millisinin üzvü

Monteneqro yığmasının futbolçusu Marko Bakiç UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, yerli mətbuata açıqlama verən 27 yaşlı yarımmüdafiəçi, 0:0 hesabıyla bitən görüş haqda bunları deyib:

“Rəqabət belədir, məqsədə nə zaman çatacağını bilmirsən. Kiprdəki nəticəni bilirdik və bu, oyunumuza çox təsir etdi. Nə edəcəyimizi bilirdik və əsas olan hesabı qorumaq idi. Qələbə dalınca qaçmağa ehtiyac yox idi. Nəticənin belə alındığına görə xoşbəxtik. Qarşıda bir oyunumuz var. Son şansımızdır və qələbə qazanmaq istəyirik”.

Azərbaycan yığması C Liqasının 1-ci qrupunda 5 xalla 3-cü sıradadır. Monteneqro 10 xalla lider, Lüksemburq 9 xalla 2-cidir. Qrupun sonuncusu isə 4 xalı olan Kiprdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button