Monteneqro millisinin Azərbaycanla oyun üçün iştirak ərizəsi SİYAHI

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Monteneqro yığması iştirak ərizəsini açıqlayıb.

Komanda.az xəbər verir ki, millinin baş məşqçisi Faruk Hadjibeqiç Azərbaycan və Lüksemburqla oyunlar üçün 23 futbolçuya dəvət göndərib:

Qapıçılar: Daniyel Petkoviç (“Anje”, Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Matiya Şarkiç (“Vulverhempton”, İngiltərə);

Müdafiəçilər: Stefan Saviç (“Atletiko”, İspaniya), Marko Şimiç (“Liepaya”, Latviya), Zarko Tomaşeviç (“Astana”, Qazaxıstan), Adam Maruşiç (“Latsio”, İtaliya), İqor Vuyaçiç (“Partizan”, Serbiya), Momkilo Raspopoviç (“Riyeka”, Xorvatiya);

Yarımmüdafiəçilər: Nikola Vukçeviç (“Levante”, İspaniya), Vladimir Yovoviç (“Yablonets”, Çexiya), Aleksandar Şçekiç (“Partizan”, Serbiya), Marko Yankoviç (“Spal”, İtaliya), Neboyşa Kosoviç (“Kayrat”, Qazaxıstan), Aleksandar Boljeviç (“Standard”, Belçika), Marko Bakiç, Deni Hoçko (hər ikisi “Muskron”, Belçika), Sead Hakşabanoviç (“Norçepinq”, İsveç), Vukan Saviçeviç (“Samsunspor”, Türkiyə);

Hücumçular: Fatos Beçiray (“Visla”, Polşa), Stevan Yovetiç (“Monako”, Fransa), Stefan Muqoşa (“İnkon Yunayted”, Cənubi Koreya), Dino İslamoviç (“Rusenborq”, Norveç).

Azərbaycan Monteneqro ilə səfərdə, oktyabrın 10-da qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button