“Monpelye”dən çətin qələbə

Futbol üzrə Fransa çempionatında 1-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, Lion “Olimpik”i Monpelyedə yerli komandanın qonağı olub.

Keçirdiyi ilk iki matçda 4 xal toplayan Rudi Qarsiyanın yetirmələri mövsümdə ilk məğlubiyyətini alıb. Bu komanda 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb. Üç oyuna 6 xalı olan “Monpelye” isə 5-ci sıraya yüksəlib.

Fransa, Liqa 1
1-ci turun oyunu
15 sentyabr

Monpelye – Olimpik (Lion) 2:1
Qol
: Savanye, 38-pen; 59 – Depay, 82-pen.