Tunis millisinin üzvü Bundesliqa klubunda

Almaniyanın “Köln” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Monpelye” klubunun yarımmüdafiəçisi Eye Şxirini transfer edib.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı tunisli futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Tunis yığmasının da şərəfini qoruyan Şxiri, “Monpelye”nin yetirməsidir. 2012-2015-ci illər aralığında bu klubun əvəzedici heyətində oynayan yarımmüdafiəçi, 2015-ci ildən əsas komandanın uğurları üçün çalışırdı.