“Neymara zərbə dəyəndə dərhal ağlayır”

“Monpelye” klubunun baş məşqçisi Mişel Ter-Zakaryan PSJ-nin futbolçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan Mişel, braziliyalı hücumçu haqda bunları deyib:

“Neymar rəqiblərini təhrik etmək üçün oynayır. O, bunu öz driblinqləri, oyunu ilə edir. Neymara zərbə dəyəndə dərhal ağlayır”.