“Monako”ya “yox” dedi, “Liverpul”un hədəfindədir

Geridə qalan mövsümün sonunda “Bavariya”dan ayrılan və hazırda azad agent olan Frank Riberi “Monako”ya transfer olunmaqdan imtina edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı futbolçu, “knyazlıq klubu”ndan təklif alsa da, bu təklifdən imtina edib. O, Fransada 2005-2007-ci illərdə şərəfini qoruduğu “Marsel”dən başqa klubda çıxış etmək istəmədiyini bildirib.

Bundan başqa, fransalı futbolçu ilə “Liverpul”un da yaxından maraqlandığı bildirilir. Baş məşqçi Yurgen Klopp komandadan hücum futbolçularından hansınınsa ayrılacağı təqdirdə, Riberinin transferini tələb edəcək.

“Bavariya” ilə son mövsümdə 38 oyuna çıxan Riberi, 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button