“Monako”nun keçmiş hücumçusu Rumıniya klubunda

“Monako”nun sabiq hücumçusu Lasina Traorenin yeni klubu bəlli olub.

Komanda.az xəbər verir ki, 28 yaşlı forvard Rumıniyanın ÇFR klubuna transfer olunub. Bu barədə Kluj təmsilçisinin rəsmi saytı məlumat yayıb. Traore ilə 2+1 şərti ilə müqavilə imzalanıb.

Karyerası ərzində “Monako”, ÇSKA (Moskva), “Anji”, “Kuban” kimi komandalarda çıxış edən Traorenin son iş yeri Macarıstan “Uypeşt”i olub.