Fabreqas birgə işlədiyi ən yaxşı baş məşqçilərin adlarını açıqladı

“Monako”nun futbolçusu Sesk Fabreqas karyerası ərzində işlədiyi ən yaxşı iki baş məşqçinin adını açıqlayıb.

Komanda.az xəbər verir ki, “goal.com”a danışan ispan yarımmüdafiəçi, bunları deyib:

“Dünyanın ən yaxşı baş məşqçilərinin rəhbərliyi altında futbol oynamışam, məşq etmişəm. Buna görə, heç nədən şikayət edə bilmərəm. İki ən yaxşı baş məşqçi? Mənim üçün bunlar Arsen Venger və Joze Mourinyodur”.

Fabreqas 2003-2011-ci illərdə Vengerin rəhbərliyi ilə “Arsenal”da forma geyinib. Mourinyo isə 2014-cü ildə onu “Çelsi”yə transfer edib. Fabreqas portuqaliyalı mütəxəssislə bir il çalışıb.