“Monako”dan 20 milyon avroluq transfer

Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Belçikanın “Brügge” klubunun yarımmüdafiəşçisi Krepen Diattanı transfer edib.

Bu barədə “knyazlıq” təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı seneqallı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Monako” bu transfer üçün “Brügge”yə 20 milyon avro ödəyib.

“Monako” öz futbolçularından Straxinyo Pavloviçi də Belçikanın digər klubu “Serkl Brügge”yə icarəyə göndərib. 19 yaşlı serb müdafiəçi mövsümün sonuna qədər Belçikada çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button