“Monako”da itki: Azı 5 ay olmayacaq

Fransanın “Monako” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisinin hücumçusu Stevan Yovetiç zədələnib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

“Monako”nun Liqa 1-in 32-ci turunda “Reyms”lə qarşılaşdığı matçda zədələnən Yovetiçin son durumu tibbi müayinələrdən sonra bilinəcək. Monteneqrolu hücumçunun ən az 5 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Yovetiç bu mövsüm “Monako” formasıyla 9 qarşılaşmada iştirak edərək, iki qol vurub.