“Monako”da 5 illik müqavilə

Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Monpelye”dən Benjamen Lekomtu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalanıb.

Fransa mətbuatının xəbərinə görə, “Monako” Lekomt üçün “Monpelye”yə 13,5 milyon avro ödəyib.