“Monako” “Roma”dan futbolçu alır

İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Stiven Nzonzi karyerasını Fransada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu “Monako” ilə razılıq əldə etməyə yaxındır. Daha öncə adı “Lion”la yanaşı çəkilən futbolçunun tezliklə “knyazlıq klubu”na keçidinin rəsmiləşməsi gözlənilir.

Keçən il “Sevilya”dan “Roma”ya transfer olunan fransalı futbolçu, geridə qalan mövsümdə iştirak etdiyi 30 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button