“Monako” – PSJ matçının vaxtı açıqlandı

Fransa Liqa 1-in 15-ci turundan təxirə salınmış “Monako” – PSJ matçının keçirilmə vaxtı məlum olub.

Komanda.az Paris təmsilçisinin saytına istinadən xəbər verir ki, görüş 2020-ci il, yanvarın 15-də keçiriləcək.

Daha əvvəl dekabrın 1-də keçirilməsi planlaşdırılan “Monako” – PSJ matçı güclü yağış səbəbindən təxirə salınmışdı.