“Monako” – PSJ matçı təxirə salındı

Futbol üzrə Fransa çempionatının 15-ci turu çərçivəsində bu gün keçirilməsi nəzərdə tutulan “Monako” – PSJ matçı təxirə salınıb.

Komanda.az buna Monakoya yağan güclü yağış səbəb olub. Bu üzdən də Fransa Futbol Federasiyası matçın qeyri-müəyyən vaxta təxirə salınmasına qərar verib.

Qarşılaşmanın keçirilmə tarixi təşkilat komitəsi tərəfindən müəyyənləşdiriləcək.

Qeyd edək ki, “Monako” – PSJ matçı bu gecə saat 00:00-da start götürməli idi.