Mərkəzi oyunda PSJ qalib gəldi

Fransa Liqa 1-də 29-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Nitsa” “Tuluza”nı qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 dəfə fərqlənməklə 1 xala razılaşıblar. Günün son oyununda “Monako” “Lill” səfərinə yollanıb. “Knyazlıq klubu” səfərdə minimal hesabla üstün olub.

Şənbə günü dörd oyun baş tutub. “Anje” – “Amyen” matçında hesab açılmayıbsa, “Nim” – “Strasburq” görüşündə tərəflər hərəyə 2 qol vurub, 1 xal əldə ediblər. “Genqam” doğma meydanda “Dijon”u minimal hesabla üstələyib. Səfərdə “Kan”ın qonağı olan “Sent-Etyen” isə darmadağına imza atıb.

Son oyun günündə dörd görüş baş tutub. “Lion” doğma meydanda “Monpelye”yə, “Reyms” isə “Nant”a qalib gəlib. “Bordo” – “Renn” qarşılaşmasında qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşü Parisdə keçirilib. Lider PSJ doğma meydanda “Marsel”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı matç parislilərin inamlı qələbəsiylə yekunlaşıb.

Fransa Liqa 1, 29-cu tur

15 mart

Nitsa – Tuluza 1:1
Qol
: Siprien, 20 – Mubele, 89.

Lill – Monako 0:1
Qol
: Vinisius, 90.

16 mart

Anje – Amyen 0:0

Kan – Sent-Etyen 0:5
Qol
: Hamuma, 4. Beriç, 20. Nordin, 31. Gezali, 85. Vada, 90.

Genqam – Dijon 1:0
Qol
: Blas, 86-pen.

Nim – Strasburq 2:2
Qol
: Libohi, 66. Savanye, 90-pen – Motiba, 9. Fofana, 53.

17 mart

Lion – Monpelye 3:2
Qol
: Terrye, 12. Dembele, 58. Auar, 86 – Molle, 36. Kamara, 90.

Reyms – Nant 1:0
Qol
: Oudin, 59.

Bordo – Renn 1:1
Qol
: Kamano, 58 – Nyanq, 90.

PSJ – Marsel 3:1
Qol
: Mbappe, 45. Di Mariya, 55. Di Mariya, 66 – Jermen, 46.

Bombardir: Kilian Mbappe (PSJ) – 26 qol.