“Monako” Jardimi qovdu, yeni baş məşqçisini açıqladı

“Monako”da gözlənilən baş məşqçi dəyişikliyi nəhayət ki, rəsmiləşib.

Komanda.az xəbər verir ki, Fransa çempionatında mübarizə aparan knyazlıq təmsilçisi Leonardo Jardimi istefaya göndərib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.

Jardimin rəhbərlik etdiyi kollektiv geridə qalan 18 oyuna cəmi 28 xal toplayıb və 20 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

“Monako” artıq yeni baş məşqçisini də müəyyənləşdirib. Klubun rəsmi saytının yaydığı məlumata görə, komandaya yeni ildən etibarən Roberto Moreno rəhbərlik edəcək. İspaniyalı mütəxəssislə 2022-ci ilin iyun ayına qədər müqavilə imzalanıb.

Xatırladaq ki, Roberto Moreno son olaraq İspaniya yığmasının baş məşqçisi postunda çalışıb.