45 il sonra gələn antirekord

“Monako” Fransa Liqa 1-in 5-ci turunda “Marsel”ə məğlub olub – 3:4.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Leonardo Jardimin yetirmələri yeni antirekorda imza atıb. Belə ki, “Monako” Liqa 1-in ilk 5 turunda qapısından 14 top buraxıb. Bu, “knyazlıq klubu”nun son 45 ildə ən uğursuz göstəricisidir. Komanda sonuncu dəfə 1974/75 mövsümündə ilk 5 turda qapısında 14 və daha çox top görmüşdü.

“Monako” həm də, 2001/2002 mövsümündən sonra ilk dəfə 5 turdan sonra cəmi 2 xal toplayıb. Komanda hazırda 19-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button