“Monako”dan ayrılır – hara gedəcəyi bilinmir

“Monako”nun yarımmüdafiəçisi Orelyen Tuçameni bu yay komandadan ayrılacaq.

Komanda.az xəbər verir ki, Tuçameninin daha əvvəl “Real” tərəfindən transfer edilməsi gözlənilirdi. Lakin “Real” hələ 22 yaşlı futbolçunu almağı düşünmür. Çünki komandada yarımmüdafiə xətti tam şəkildə təchiz olunub.

Tuçameninin “Monako” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Futbolçu bu mövsüm bütün turnirlərdə 48 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button