“Marsel”lə “Lill”ə 1 qol bəs etdi

Fransa Liqa 1-də 28-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Turun açılış oyununda “Lion” səfərdə “Strasburq”un qonağı olub. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib. “Monako” bu turda öz meydanında “Bordo”nu qəbul edib. Tərəflər hərəyə 1 dəfə fərqləndikləri oyundan 1 xalla ayrılıblar. “Dijon” – “Reyms” matçı da eyni hesabla başa çatıb. Yalnız “Amyen” doğma meydanda “Nim”ə qalib gəlib.

Son oyun günündə beş qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Monpelye” – “Anje” matçında qalib müəyyənləşməyib. “Tuluza” doğma meydanda “Genqam”a, “Renn” “Kan”a qalib gəlib.

Lider PSJ-nin əsas izləyicisi “Lill” səfərdə “Sent-Etyen”i məğlub edib. “Marsel” də “Nitsa” ilə ev oyununda minimal hesablı qələbəyə sevinib.

Lider PSJ-nin bu turda “Nant”la keçirəcəyi matç, Fransadakı aksiyalar səbəbindən təxirə salınıb.

Fransa Liqa 1, 28-ci tur

9 mart

Strasburq – Lion 2:2
Qol: Ayorke, 69; 70 – Dembele, 3; 51-pen.

Amyen – Nim 2:1
Qol: Jirassi, 49. Pyeters, 64 – Aliui, 53.

Dijon – Reyms 1:1
Qol: Sliti, 13-pen – Zeneli, 9.

Monako – Bordo 1:1
Qol: Falkao, 48 – Briand, 65-pen.

10 mart

Monpelye – Anje 2:2
Qol: Delor, 3. Skiri, 16 – Fulqini, 80. Bahoken, 90.

Sent-Etyen – Lill 0:1
Qol: Pepe, 87.

Tuluza – Genqam 1:0
Qol: Sanoqo, 20.

Renn – Kan 3:1
Qol: Buriqu, 39. Hunu, 58. Nyanq, 62 – Ninqa, 20.

Marsel – Nitsa 1:0
Qol: Balotelli, 61.

Bombardir: Kilian Mbappe (PSJ) – 24 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button