“Monako” Anrini onunla əvəz edir

Dünən Tyerri Anrini müvəqqəti olaraq əsas komandanın baş məşqçi postundan göndərdiyini açıqlayan “Monako”, ona əvəzləyici tapıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, “knyazlıq klubu” keçmiş baş məşqçisi Leonardo Jardimlə anlaşıb. “Monako”dakı vəzifəsinə geri dönmək üçün portuqaliyalı mütəxəssislə razılığın əldə olunduğu bildirilir.

44 yaşlı mütəxəssis 2014-2018-ci illərdə “Monako”nun “sükanı arxasında” çalışıb. Anri onu keçən ilin oktyabrında əvəzləmişdi. Anrinin rəhbərliyi altında Çempionlar Liqasının qrup mərhələsində sonuncu yeri tutan “Monako”, hazırda Liqa 1-də 19-cu yerdə qərarlaşıb.