“Monako” 6 futbolçu ilə vidalaşdı – RƏSMİ

Fransa çempionatında çıxış edən “Monako” klubu 6 futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi qapıçılar Dieqo Benalyo və Seydu Si, yarımmüdafiəçilər Adriyen Silva, Tyemue Bakayoko, Mussa Silla və hücumçu İslam Slimani ilə vidalaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Slimani və Silva İngiltərənin “Lester” klubundan, Bakayoko “Çelsi”dən icarəyə götürülmüşdü. Digər üç oyunçunun isə müqavilə müddəti başa çatıb.

Qeyd edək ki, aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və PSJ 2019/20 mövsümünün qalibi olub. “Monako” 9-cu pillədə qaldığı olduğu üçün avrokuboklara vəsiqə qazana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button