Moldova millisinin üzvü “Keşlə”də – Rəsmi

“Keşlə” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, klub rəhbərliyi ilə qapıçı Stanislav Namaşko arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Moldova milli komandasının üzvü olan futbolçu ilə müqavilə 1+1 şərti ilə bağlanıb.

10 noyabr 1986-cı il təvəllüdlü Namaşko Moldovanın müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarına da dəvət almaqla yanaşı, “Tiraspol” (Moldova), “Şerif” (Moldova), “Kuban” (Rusiya), “Spartak-Nalçik” (Rusiya), “Volqar” (Rusiya), “Dinamo-Avto” (Moldova), AZAL (Azərbaycan), “Levadiakos” (Yunanıstan), “Deçiç” (Monteneqro) komandalarında da çıxış etmişdir. Onun son klubu Monteneqronun “Zeta” komandası olub.