“Möhtəşəm oyun göstərmək üçün əlimizdən gələni edəcəyik” – Markinyos

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Atalanta” ilə qarşılaşacaq PSJ-nin futbolçusu Markinyos oyunla bağlı açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu, Paris klubunun oyuna tam hazır olduğunu bildirib:

“Komanda bu oyuna bütün motivasiya və istəyi ilə mümkün olan ən yaxşı şəkildə  hazırlaşıb. Yaxşı vəziyyətdəyik və böyük oyuna hazır olduğumuzu düşünürəm. Möhtəşəm oyun göstərmək üçün əlimizdən gələni edəcəyik. Yaxşı oyun göstərmək və nəticə əldə etmək üçün 90 dəqiqəmiz var. Yarımfinala vəsiqə qazanmaq üçün döyüşçülər kimi mübarizə aparmalıyıq”.

“Atalanta” – PSJ oyunu bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button