Hakimi “İnter”ə keçidindən danışdı

Bu yay “Real”dan “İnter”ə transfer olunan Əşrəf Hakimi keçidi ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, sosial şəbəkə hesabından azarkeşlərin suallarını cavablandıran 21 yaşlı futbolçu, “neradzurra”ya keçidində baş məşqçi Antonio Kontenin böyük rol oynadığını bildirib:

“Kontenin məşqçilik tərzinin mənim üslubuma çox yaxın olduğunu və bu komandaya həqiqətən kömək edə biləcəyimi düşündüyüm üçün “İnter”i seçdim. Konte rəqabətcil ruha sahib məşqçidir. Futbolda inanılmaz həvəsə sahib olan və bunu futbolçulara, azarkeşlərə ötürə bilən insandır. Möhtəşəm kluba qatılmışam, əlimdən gələnin ən yaxşısını etmək üçün burdayam. Əla nəticələr əldə etməyə çalışacağıq və İtaliya çempionluğunu qazanmağı hədəfləyəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button