Modriç bunu da yaşadı

“Real” İspaniya La Liqasının ilk turunda səfərdə “Selta”nı məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Luka Modriç 3:1 hesabıyla qələbə qazandıqları oyunun 56-cı dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılıb. Modriç, 16 illik karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə alaraq, meydanı tərk edib.

Xorvatiyalı yarımmüdafiəçi 2012-ci ildən “Real”da çıxış edir.