Şvaynştayger karyerasını bitirir?

MLS təmsilçisi “Çikaqo Fayr”da forma geyinən Bastian Şvaynştayger karyerasını bitirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə alman yarımmüdafiəçi özü açıqlama verib:

“Hələ bilmirəm. Bir neçə həftə ərzində qərarımı verəcəm”.

Şvaynştayger ötən il Almaniya mətbuatına verdiyi açıqlamada, daha bir il futbol oynayacağını, sonra isə “Bavariya”ya qayıdacağını demişdi.

Karyerası ərzində “Bavariya” və “Mançester Yunayted” kimi klublarda forma geyinən Şvaynştayger, 2017-ci ildən MLS təmsilçisi “Çikaqo Fayr”da top qovur. 35 yaşlı yarımmüdafiəçi 121 dəfə də Almaniya millisinin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button