MLS klublarına qoyulan qadağanın müddəti artırıldı

MLS klublarının məşq etməsinə qoyulan qadağanın müddəti uzadılıb.

Komanda.az xəbər verir ki, ABŞ və Kanada klublarının mübarizə apardığı çempionatın iştirakçısı olan 26 komandanın hamısına aprelin 3-nə qədər məşq etmək qadağan edilib.

Bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, dünyada geniş yayılmış koronavirus pandemiyasına görə MLS-də də martın 12-dən oyunlar 30 günlük təxirə salınıb. Daha sonra isə çempionatın mayın 10-na qədər keçirilməyəcəyi açıqlanıb.