İbrahimoviç fərqi

“Los Anceles Qalaksi”nin futbolçusu Zlatan İbrahimoviç MLS-in ən çox qazanan futbolçusu olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, isveçli hücumçunun bu illik məvacibi 7,2 milyon dollardır.

İbrahimoviçdən əvvəl MLS-in ən yüksək məvacibli oyunçusu Sebastyan Covinko idi. Ötən mövsümü “Toronto”da keçirən futbolçu illik 7,1 milyon dollar məvacib almışdı. Covinko, bir müddət əvvəl Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”a transfer olunub.