Misir millisinin yarımmüdafiəçisi “Trabzonspor”da

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Misir yığmasının və İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçi Mahmud Trezeqeni transfer edib.

Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. O, yeni komandasında 88 nömrəli formanı geyinəcək.

“Trabzonspor” bu transfer üçün “Aston Villa”ya 4 milyon avro təzminat ödəyəcəyini bəyan edib. Futbolçunun özü isə ilinə 1 milyon 550 min avro qazanacaq.

Trezeqe 2019-cu ildən “Aston Villa”da çıxış edirdi. O, geridə qalan mövsümün ikinci dövrəsində Türkiyənin digər klubu “Başakşəhər”də icarədə olub.