Keçmiş hücumçudan Zidana atmaca: “Bir qadınla iki dəfə evlənməzlər”

Misir milli komandasının və “Ayaks”ın sabiq futbolçusu Mido “Real”ın baş məşqçisi Zinəddin Zidanla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, keçmiş hücumçu, Zidanın “Real”a heç nə gətirmədiyini deyib:

“Real” mənim ən sevimli klubumdur. Zidana gəldikdə isə, onun komandaya nəsə gətirdiyini düşünmürəm. Bu vəziyyətdə bir söz deyirlər: bir qadınla iki dəfə evlənməzlər”.

Karyerası ərzində “Ayaks”, “Tottenhem”, “Roma”, “Barnsli” kimi klublarda top qovan Mido, 50 dəfə də Misir yığmasının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button