Millinin üzvü vəfat etdi – 23 yaşında

Türkiyənin qadınlardan ibarət cüdo millisinin üzvü Nurdan Almalı 23 yaşında vəfat edib.

Komanda.az Türkiyə Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Sivasdan olan idmançı xərçəngdən ölüb.

Almalı 2019-cu ildə Bosniya və Herseqovinanın Zvornik şəhərində gənclər arasında Balkan çempionatında 63 kq çəki dərəcəsində gümüş medal qazanıb.

Bizi Telegramda izləyin