Millinin sabiq futbolçusu qəzada öldü

CAR millisinin (Cənubi Afrika Respublikası) sabiq futbolçusu Anele Nqtsonqtsa vəfat edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, mərhum futbolçu avtomobil qəzası nəticəsində həyatını itirib. Bədbəxt hadisə Kvazulu-Natalda baş verib. Hadisə nəticəsində sabiq futbolçunun həyat yoldaşı da xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

33 yaşlı mərhum futbolçu CAR millisində 52 oyunda forma geyinib.