Millinin oyunu canlı yayımlanacaq

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – Azərbaycan oyunu “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Aprelin 8-də Levice İdman Sarayında keçiriləcək bu qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.